Logo

"Məktəblərdə dərslər səhər saat 7-də başlasın" - TƏKLİF

25.05.2023 12:26 1511 baxış
IMG

"Əgər yay-qış rejiminə keçid etməsək, dərslərin səhər saat 07:00-da başlaması müsbət dəyişikliklər yaradacaq".

"Tehsil.biz"in məlumatına görə, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert dərslərin saat 7-də başlamasını təklif edib:

"Bu, Bakı şəhərindəki tıxac problemini də aradan qaldıracaq. Əgər biz yay-qış vaxtına keçə bilmiriksə, elə etməliyik ki, hava isinənə qədər uşaqlar artıq dərs prosesindən kənarlaşsınlar. Bu gün günorta 13:00-15:00 aralığında Bakı şəhərində temperaturun nə qədər yüksək olduğunu müşahidə edə bilərsiniz. Hələ mayın 24-dür, iyunun 5-6-sı bu temperatur daha da qalxacaq. Ona görə dərslər nə qədər erkən saatda başlasa, o qədər yaxşı olar. Təəssüf ki, hazırda çox ciddi iqlim dəyişkənliyi var. Başa düşürəm, insanların yuxudan oyanma məsələsi problemdir, amma qış-yay rejiminə keçsək, onsuz da 7-də qalxmış olacağıq".

"Bu problemi həll etmək lazımdır. Paytaxt Bakıda tıxacın birinci səbəbi məktəblərdir, dərslər tez başlayarsa, bu, tıxacın azalması üçün müsbət dəyişiklik yaradacaq”, - Kamran Əsədov əlavə edib.

Xəbər lenti