Logo

BDU-nun Mexanika-riyaziyyat fakültəsində elmi seminarlar keçirilib - FOTO

25.05.2023 13:27 300 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Technion-İsrail Texnoloji İnstitutunun Riyaziyyat Departamentinin fəxri professoru Abraham Berman və Xəzər Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Kərimov tərəfindən elmi seminarlar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

"Xətti qrafiklər, üçbucaqsız qrafiklər və tamamilə müsbət matrislər” mövzusunda məruzə edən professor Abraham Berman yeni tədris metodlarından bəhs edərək ən sadə məsələlərin belə gələcək elmi tədqiqatlara yol açdığını əyani misallarda göstərib. O, xətti cəbrin əsas elmi istiqamətlərindən olan qraflar nəzəriyyəsi və matrislər cəbrinin müasir vəziyyəti, onun inikişafına özü ilə tələbələrinin verdiyi töhfələrdən bəhs edib.

Professor Nazim Kərimov isə tələbələrə “Periodik sərhəd şərtli yüksək tərtibli diferensial operatorların spektral xassələri” mövzusunda mühazirə deyib. Bildirib ki, güclü requlyar olmayan sərhəd şərtlərinə malik adi diferensial operatorların spektral xassələrinin tədqiqi geniş vüsət alıb. Məruzəçi potensial kompleks qiymətli cəmlənən funksiya olduğu halda cüt tərtib diferensial ifadənin və requlyar olmayan periodik sərhəd şərtlərinin doğurduğu diferensial operatorun spektral xassələri ilə bağlı öncə alınan nəticələr haqqında geniş məlumat verib.

Sonra baxılan diferensial operatorun məxsusi ədədlərinin kompleks müstəvidə paylanması, məxsusi və qoşulmuş funksiyalar sisteminin strukturu, Lebeq fəzalarında bazislik xassələri haqqında müəllifin aldığı nəticələr geniş şərh edilib.

Hər iki elmi seminar tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti