Logo

Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ATMU-da olub - FOTO

25.05.2023 13:40 243 baxış
IMG

Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Alberto Martinez Berroteran Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.

Bildirilib ki, görüşdə rektor İlham Mədətov ATMU-da tədris prosesinin təşkili, fakültə və ixtisasların turizm sənayesində rolu, eləcə də universitetin beynəlxalq əlaqələrinin inkişafını şərtləndirən prioritet məsələlərdən danışıb. Səmimi görüşə və xoş münasibətə görə minnətdarlığını bildirən səfir iki ölkə arasında mövcud əlaqələrdən söz açıb, eyni zamanda, ATMU ilə Venesuela Bolivar Respublikasının ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq imkanlarının bundan sonra da faydalı olacağına əminliyini vurğulayıb.

Görüşdə yaxın zamanlarda Venesuelanın müvafiq ali məktəbləri ilə ATMU arasında ilk onlayn tədbirin və səfirin növbəti tədris semestri ərzində turizm ixtisası üzrə təhsil alan tələbələrlə görüşünün təşkil edilməsi qərara alınıb.

Xəbər lenti