Logo

MDU-da ictimai fəallığı ilə seçilən tələbə və magistrantlar mükafatlandırılıb -FOTOLENT

25.05.2023 14:31 235 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestri ərzində konfranslarda, bilik və idman yarışlarında, layihələrdə və digər müxtəlif formatlı tədbirlərdə fəal iştirak etmiş tələbə və magistrantların mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə "Tehsil.biz"ə MDU-dan bildirilib.

Tədbirdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov universiteti müxtəlif istiqamətlərdə layiqincə təmsil etdiklərinə görə tələbə gənclərə minnətdarlığını ifadə edib və onların ictimai fəallığını müsbət qiymətləndirib. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və eləcə də MDU-da müxtəlif formatlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Ş.Bayramov gənclərin bu fəaliyyətlərdə xüsusi aktivlikləri ilə seçildiklərini vurğulayıb və onlara  uğurlar arzulayıb.

Tələbələr və magistrantlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonra gənclərə sertifikat və təşəkkürnamələr təqdim edilib və xatirə şəkiləri çəkdirilib.

Xəbər lenti