Logo

BSU-da "Yüksəliş" müsabiqəsinin sonuncu təlimi keçirilib - FOTO

25.05.2023 17:09 189 baxış
IMG

Mayın 24-də Bakı Slavyan Universitetində (BSU) "Yüksəliş müsabiqəsinin" sonuncu təlimi baş tutub.

Tehsil.biz xəbər verir ki, təlim Birinci “Yüksəliş” müsabiqəsinin qalibi, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman tərəfindən "Ali təhsil siyasətində qlobal reytinqlərin təsiri: Strategiya və planlaşdırma" mövzusunda keçirilib.

BSU-nun rektoru Anar Nağıyev qonağı salamlayaraq, "Yüksəliş” müsabiqəsinin qalibi, eyni zamanda BSU-nun məzunu və nazirliyin sektor müdiri olan Turxan Süleymanı universitetdə görməkdən məmnunluğunu ifadə edib. Anar Nağıyev maraqlı təqdimat və diskusiya olacağına əminliyini ifadə edərək, əməkdaşları bu prosesə aktiv şəkildə qoşulmağa dəvət edib.

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Turxan Süleyman BSU-nun əməkdaşlarına, magistratura və doktoranturada təhsil alan tələbələrinə “Yüksəliş” müsabiqəsi haqqında məlumat verib. "Ali təhsil siyasətinə qlobal reytinqlərin təsiri: strategiya və planlaşdırma" mövzusu ilə çıxış edib.

Görüşdə ali təhsildə reytinq sistemləri, universitetlərin qlobal reytinqlərdə iştirakının əhəmiyyəti, məşhur beynəlxalq reytinq sistemlərinin metodologiyası barəsində ətraflı məlumat verilib.

Görüş interaktiv şəkildə davam edib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti