Logo

Bakıda müəllim şagirdə şər atıb, araşdırma aparılır

25.05.2023 17:23 1835 baxış
IMG

Bakı şəhəri, Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında yaranan insidentlə bağlı məsələyə aydınlıq gətirilib.

Məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, 25.05.2023-cü il tarixində Xç sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni məktəbə gələrək bildirib ki, Azərbaycan dili və ədəbiyyat müəllimi Səhər Əhmədova onların evinə zəng edərək övladının ünvanına böhtan atıb.

"Məsələ ilə bağlı müəllim və valideynlə görüş zamanı onlar arasında insident yaşanıb. 

Müəllimlə söhbət aparılıb, o, izahat verməkdən imtina edib. Məktəb rəhbərliyi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra qanunauyğun tədbirlər görüləcək.

Qeyd edək ki, həmin şagird idmanla məşğul olur və zərərli vərdişlərlə əlaqəsi yoxdur", - məktəbdən bildirilib.

Kənan Nağıbəyli

Xəbər lenti