Logo

BDU tələbələri “AZGRANATA” MMC-də olublar - FOTO

25.05.2023 17:59 239 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri və bir qrup professor-müəllim heyəti üçün Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-yə tur təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Tur zamanı qeyd edilib ki, 2011-ci ildə fəaliyyətə başlayan “AZGRANATA” MMC Cənubi Qafqazın ən böyük alkoqollu və alkoqolsuz içki istehsalçılarındandır. Zavod dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunub, eyni zamanda burada konservantsız təbii meyvə şirələri, kompotları, limonadları ilə yanaşı, şərab, viski, konyak və araq məhsulları da istehsal edilməkdədir.

Tələbələr zavodun meyvə qəbulu, meyvə şirəsi emalı və qablaşdırılması, şüşə qablaşdırma, aseptik saxlanma, narşərab hazırlanması, xammal emalı (çeşidləşdirici çənlər, qarışdırıcılar və sirop hazırlanması üçün lazımi avadanlıqlar), limonad, kompot istehsalı, yarımfabrikatın hazırlanması və qablaşdırılması bölümləri ilə də tanış olublar.

Həmçinin tələbələr alkoqolsuz və alkoqollu içkilərin istehsalı sektorlarında istehsal prosesi, eləcə də analiz laboratoriyasında görülən işlərlə tanış olub, onlara müəssisənin alkoqollu içkilər sektorunda yerləşən dequstasiya zalı və şərabçılığa aid bir çox qədim eksponatlar, kitablar, müxtəlif illərə aid şərabların yer aldığı şərabçılıq muzeyi barədə məumat verilib.

Sonda müəllim-tələbə heyəti tərəfindən məhsullar dequstasiya edilib və onlara şirəli içkilər hədiyyə olunub.

Xəbər lenti