Logo

BDU-nun tələbə jurnalistlərin psixoloji hazırlığına dair seminar keçirilib

25.05.2023 22:51 104 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün “Təsir və təzyiq altında jurnalistin manevrləri: psixoloji hazırlığın əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda psixoterapevt Ükeymə Ağazadə mövzu ilə bağlı çıxış edib. O, təbii fəlakət anında jurnalistin professional yanaşması, müsahiblərin psixoloji vəziyyətinə görə reaksiyalar, stresin idarə olunması, prosesə hakimlik, sosial fobiya kimi məsələlərdən danışıb.

Seminarda insan həyatına qorxunun təsiri, uğurlu insan modeli, uğursuzluq qorxusu altında yatan psixoloji amillər, bu qorxunu aradan qaldırma mexanizmləri barədə geniş fikir mübadiləsi aparılıb, stresin idarə olunması üçün simulyasiya tətbiq edilib.

Sonra tələbələrdə özünə inam, diqqət və konsentrasiya, həyəcan, qərarsızlığın aradan qaldırılması kimi mövzular ətrafında tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ükeymə Ağazadə Azərbaycan Tibb Universiteti və Türkiyənin İstanbul Universitetində təhsil alıb.

Xəbər lenti