Logo

ATU-da Türkmənistan səfiri ilə görüş keçirilib - FOTO

26.05.2023 10:01 170 baxış
IMG

Azərbaycan Tibb Universitetində (ATU) Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovla görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə ATU-dan məlumat verilib.

Bildirilib ki, tanışlıq xarakteri daşıyan görüşdə tibb təhsili sahəsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Səhiyyə sahəsində böyük təcrübəyə malik olan Türkmənistanın fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ixtisasca infeksionist olduğunu və tibb təhsili sahəsində qarşılıqlı fəaliyyətin inkişafının mühüm olduğunu bildirib. Səfir Q.Elyasov o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasının əhəmiyyətini vurğulayıb.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizlə Türkmənistan arasında inkişaf edən ikitərəfli əlaqələr sırasında səhiyyə və tibb sahəsinin də olduğunu vurğulayaraq, hazırda Azərbaycan Tibb Universitetində Türkmənistanın 6 vətəndaşı ali tibb təhsili aldığını bildirib. Hər iki ölkənin ali tibb təhsili verən müəssisələri arasında əməkdaşlığın uğurla inkişaf edəcəyinə inandığını bildirən Rektor G.Gəraybəyli Azərbaycan Tibb Universitetində aparılan islahatlar, əcnəbi tələbələr üçün yaradılan şərait, universitetinin beynəlxalq əlaqələrinin inkişafı haqqında da qonağa məlumat verib.

Görüşdə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müzakirələr baş tutub. Qeyd edək ki, görüşdə Konsul Sultan Açılov və ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev iştirak edirdilər.

Xəbər lenti