Logo

BMU tələbələri “Norm” ASC-də sahə gəzintisində olublar - FOTO

26.05.2023 10:34 193 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Norm” Açıq Səhmdar Cəmiyyətində (ASC) sahə gəzintisində olublar.

Tehsil.biz xəbər verir ki, BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi gəzintidə sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə ASC-nin fəaliyyəti haqda geniş məlumat verilməklə yanaşı, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi sahəsində təlim keçirilib.

Sonra şirkətin keyfiyyətə nəzarət və kimya mühəndisliyi laboratoriyalarına ziyarət edən tələbələr sement istehsalı prosesi ilə də yaxından tanış olublar, onlara məhsulun keçdiyi mexaniki mərhələlər, o cümlədən klinker istehsalından sementin paketlənməsinə qədər olan proses nümayiş etdirilib.

Sahə gəzintisi zamanı izlədikləri proseslərlə bağlı tələbələrdə maraq yaradan suallar ASC-nin rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.

Xəbər lenti