Logo

Tələbələr Çin dili üzrə ixtisas imtahanı veriblər

26.05.2023 10:48 240 baxış
IMG

Çin dili üzrə rəsmi sınaq mərkəzi olan, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Hanyu Shuiping Kaoshi” (HSK) və “Hanyu Shuiping Kouyu Kaoshi” (HSKK) imtahanları keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

İmtahanlarda ADU-nun və digər ali təhsil ocaqlarının tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri iştirak ediblər. İmtahanqabağı məsləhətləşmələr zamanı Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili imtahanlarının məzmunu, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları və bilikləri sahəsində qoyulan tələblərlə tanış ediblər.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, 2021-ci ildən Çin Təhsil Nazirliyi Çin dilini bilmə səviyyəsinin qiymətləndirilməsi üçün yeni standartları təsdiqləyib. Yeni HSK 3.0 formatı üç mərhələdən və doqquz səviyyədən ibarətdir. Dinləmə, oxuma, şərh və tərcümədən ibarət olan imtahan zamanı iştirakçıların həm söz ehtiyatı, həm də şifahi ünsiyyət bacarıqları qiymətləndirilir, o cümlədən situasiya məşqləri və tapşırıqlar təqdim olunur. Rafiq Abbasov, həmçinin vurğulayıb ki, Azərbaycanda Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanları sayılan HSK, HSKK-nin təşkili ölkəmizdə bu dilə marağın artmasının göstəricisidir.

Xəbər lenti