Logo

Bu müsabiqənin finalçıları məlum oldu

26.05.2023 11:21 256 baxış
IMG

Ortaq Türk Dünyası Olimpiadasının şəhər (ölkə) mərhələsinin nəticələri bəlli olub.

Tehsil.biz xəbər verir ki, şəhər (ölkə) mərhələsində iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 118 nömrəli tam orta məktəbin şagirdi İlqarə Nəzərova, 42 nömrəli tam orta məktəbin şagirdi Elvin Əzimzadə, 220 nömrəli məktəb-liseyin şagirdi Əli Kazımov, 36 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Adıgözəlov, 180 nömrəli tam orta məktəbin şagirdi Azat Süleymanov, 307 nömrəli tam orta məktəbin şagirdi Ləman Qurbanova ən yüksək balı toplayıblar.

Şəhər (ölkə) mərhələsinin nəticələrinə əsasən ən yüksək bal toplayan 6 şagird olimpiadanın final mərhələsində ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, türk ölkələrini təmsil edən iştirakçılar 29 may 2023-cü il tarixində olimpiadanın Bakıda keçiriləcək final mərhələsində və iyunun 1-də Şuşada keçirilməsi nəzərdə tutulan “Heydər Əliyev-türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalında iştirak edəcək.

Final mərhələsinin nəticələrinə əsasən, hər ölkədən 1 nəfər I yerə (onlardan ən yüksək nəticə əldə edən 1 nəfər “Birincilərin birincisi” adını qazanacaq), 1 nəfər II yerə, 1 nəfər III yerə layiq görüləcək. Digər iştirakçılara sertifikat təqdim olunacaq.

Xəbər lenti