Şirvanda məktəbli Kür çayında boğularaq ölüb.
"Tehsil.biz"in məlumatına görə, hadisə mayın 24-ü, saat 16:00 radələrində baş verib.
Belə ki, şəhərin 3 saylı tam orta məktəbinin 6-cı sinif şagirdi İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən batıb.
Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən meyitin tapılması istiqamətində axtarışlar davam edir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.