Logo

BDU tələbələri “Milla Dairy” MMC-də - FOTO

26.05.2023 12:23 268 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri və bir qrup professor-müəllim heyəti üçün “Milla Dairy” MMC-yə tur təşkil edilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, öncə “Milla Dairy”nin Təlim və inkişaf şöbəsinin müdiri Yelena Yusifzadə şirkət barədə təqdimat edib. Bildirib ki, "Milla" markası Azərbaycanda süd məhsulları kateqoriyasında ən çox məhsul çeşidi olan markadır. Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Şirkət məhsulların bazara təzə və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək üçün sutka ərzində 12 istehsal xəttində süd məhsulları istehsal etməyə qadirdir. Şirkət istehsalat prosesində ən son texnologiyalardan istifadə edir.

Daha sonra mütəxəssis Anar Məmmədov SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) barədə məlumat verib. Ərazi üzrə rəhbər Anar Quliyev tələbələri “Milla Dairy”nin ərazisi ilə tanış edib. İstehsalat üzrə baş koordinator Ləman Nəsibovanın rəhbərliyi ilə müəssisənin xam süd məhsulunun mexaniki təmizlənmə, pasterizasiya və  sterilizasiya, məhsulların hazırlanması, TetraPark-ların və plastik qabların hazırlanma, süd, xama, pendir, qatıq, ayran, dondurmanın qablaşdırılması zonaları ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb.

Tələbələr istehsalat müəssisəsində fəaliyyət göstərən laboratoriya ilə tanış olublar. Laboratoriyanın baş mikrobioloqu, BDU məzunu Fidan Rüstəmli hər bir məhsulun satışa buraxılmamışdan öncə laboratoriyada analiz parametrləri, süd məhsulunun quru kütləsinin təyini, sentrifuqa aparatı ilə süddən yağ kütləsinin ayrılması, titrləmə kimi üsulları izah edib.

Sonda qonaqlara “Milla Dairy” MMC-nin məhsulları hədiyyə olunub.

Xəbər lenti