Logo

AƏSMA-da xarici keyfiyyət təminatına dair təlimlər təşkil olunub - FOTO

26.05.2023 12:37 256 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) arasında imzalanmış müqavilə çərçivəsində 10, 11, 12 və 22 may tarixlərində AƏSMA-nın “Təlim və metodologiya” şöbəsinin müdiri Asiman İlyasov və baş məsləhətçisi Şəlalə Mahmudova tərəfindən xarici keyfiyyət təminatına dair təlimlər təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan bildirilib.

Tədbirdə iştirak edən əməkdaşlar sertifikatla təltif olunublar.

Xəbər lenti