Logo

Gənclər üçün "Media savadlılığı" mövzusunda təlim keçilib - FOTO

26.05.2023 12:54 251 baxış
IMG

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün  ADA Universitetində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi tərəfindən "Media savadlılığı" mövzusunda təlim keçilib.

Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.

İnteraktiv formada təşkil edilən təlim zamanı  rəqəmsal savadlılıq və media savadlılığı, jurnalistikada etika, sosial texnologiya dünyasında jurnalistika və digər mövzulara toxunulub.

Xəbər lenti