Logo

ADPU-da bəstəkar Nailə Mirməmmədlinin barelyefinin açılışı olub

26.05.2023 13:05 191 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin anadan olmasının 62-ci ildönümü ilə əlaqədar onun adına auditoriya və barelyefinin açılışı olub.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

Açılış mərasimində çıxış edənlər fakültənin müəllimi olmuş, bəstəkar Nailə Mirməmmədli haqqında xatirələrini bölüşüblər. Onun ömür yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib.

Sonra fakültənin tələbələrinin ifasında bəstəkarın əsərləri ifa olunub.

Xəbər lenti