Logo

Şərqşünas alimlər Kiyevdə keçirilən beynəlxalq konfransda məruzə ediblər

26.05.2023 14:05 194 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi katibi fil.ü.f.d. Səbinə Səmədova, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri t.ü.f.d. Fərda Əsədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı 24-25 may tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində sözügedən ölkənin M.P.Draqamonov adına Pedaqoji Universitetinin təşkilatçılığı ilə keçirilən “Şərqşünas alim Volf Beylisin xatirəsinə həsr olunmuş “Avropa və Şərq” adlı beynəlxalq konfransda onlayn şəkildə iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Konfransda Azərbaycan şərqşünaslarından S.Səmədova “X-XI yüzilliklərdə Bağdad ədəbi mühitində yeniliklər”, F.Əsədov “V.Beylis və Azərbaycan şərqşünasları: İllər boyu dostluq və əməkdaşlıq”, G.Qafqazlı “XIX əsrin əvvəllərində Çar Rusiyasının Azərbaycanda dini siyasəti” mövzularında məruzə ediblər.

Xəbər lenti