Logo

Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

26.05.2023 14:19 151 baxış
IMG

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin əməkdaşı Əmrah Həsənov “Qoşa ulduzların 60 sm-lik və 2 m-lik teleskoplarda müşahidə prosesi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim  olunan  işdə  N.Tusi  adına  Şamaxı  Astrofizika Rəsədxanasının  60-sm  və  2 metrlik  teleskopunda  qoşa  ulduzsistemlərinin  müşahidə  metodikası  və  alınmış  müşahidə materialının işlənməsi prosesi  şərh edilib. İlkin  olaraq  qoşa  ulduzlar və onların  xarakteristikası haqqında ətraflı məlumat təqdim olunub, daha sonra isə 60 sm-lik teleskopda fotometrik, 2 m-lik  teleskopda isə spektral müşahidələrin aparılması prosesi mərhələli şəkildə izah edilib. Fotometrik  müşahidə  prosesi  və  müşahidə materiallarının  işlənməsində MaxIm  DL, qoşa ulduzların 2 m-lik teleskop vasitəsilə alınmış spektrlərinin işlənməsində isə DECH proqram qovluğundan istifadə qaydaları göstərilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti