Logo

“Layihələrin idarəedilməsi” mövzusunda təlim təşkil edilib

26.05.2023 15:00 338 baxış
IMG

Mayın 25-də Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun aparıcı məsləhətçisi, PMP Beynəlxalq Layihə İdarəçiliyi sertifikatlı Gündüz Əhmədli tərəfindən “Layihələrin idarəedilməsi” mövzusunda 8 saatlıq təlim təşkil edilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Mədəniyyət Nazirliyinin 15 əməkdaşı iştirak edib.

Təlimdə iştirakçılara layihə anlayışı, layihələrin növləri və layihələrdə insan faktoru məsələləri barədə məlumatlar verilmiş, eləcə də çevik (agile) layihələr ilə bağlı mühüm məsələlər izah olunmuşdur. Eyni zamanda, ənənəvi layihələr, hibrid layihələr və onların tətbiq sahələri ilə bağlı situasiyaların diskussiyası aparılmış, layihələrin idarəedilməsi sahəsində yeni trendlər və çağırışlar müzakirə edilmişdir. Təlimin sonunda iştirakçıların sualları cavablandırılmışdır. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər

Xəbər lenti