Bakı məktəblisi Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq yarışda parlaq uğura imza atıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Selcan Əbdürəhmanlı Latviyanın paytaxtı Riqa şəhərində üzgüçülük idman növü üzrə keçirilən "Tokio 2021" Yay olimpiya oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda 400 və 800 metr sərbəst üsulda II yeri tutub və gümüş medala layiq görülüb.
14 yaşlı S.Əbdürəhmanlı 800 metr sərbəst üsulda idman ustası normativini yerinə yetirib. Bununla da gənc idmançı S.Əbdürəhmanlı 8-12 iyul tarixlərində Xorvatiyada keçiriləcək Yeniyetmələrin Avropa Birinciliyinə vəsiqə qazanıb.