Logo

BDU “Xilasetmə” festivalında təmsil olunub - FOTO

26.05.2023 15:39 275 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xilasetmə” festivalında təmsil olunub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

BDU üçün ayrılmış stenddə Universitetin tələbələri tərəfindən hazırlanmış müxtəlif layihələrin prototipləri sərgilənib. Eyni zamanda BDU-nun “TEKNOFEST- 2023” Aerokosmik və Texnologiya Festivalında I və III yerləri tutan layihələri komanda üzvləri tərəfindən festival iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, festivalda müxtəlif yerli universitetlər, dövlət və özəl sektor nümayəndələri iştirak edib.

Xəbər lenti