Logo

ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir keçirilib - FOTO

26.05.2023 16:15 275 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Tədbiri moderator qismində Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova açıb.

Filologiya fakültəsinin dekanı Şahin Xəlilli cəmiyyətimiz üçün vacib olan bu kimi tədbirlərin keçrilməsinin zəruri olduğunu vurğulayaraq, fakültənin tələbələri üçün belə həssas mövzuya həsr olunmuş tədbirin əhəmiyyətli və aktual olduğunu qeyd edib.

Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin Bioloji ekspertiza şöbəsinin rəisi Səbinə Qədirova “Həyata - HƏ, narkotiklərə -YOX!”, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Aynurə Sadıqova isə “Narkomaniya ilə mübarizənin hüquqi aspektləri: məhkəmə təcrübəsi” mövzusunda çıxış ediblər.

Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdi “Biz sağlam gələcəyi seçirik!” mövzusunda söhbət açıb.

Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.

Sonda kafedra müdiri, professor Aynur Sabitova bütün qonaqlara təşəkkürünü bildirib, tələbələri ağ ölüm bəlasına qarşı diqqətli olmağa və sağlam gələcəyi seçməyə çağırıb.

Xəbər lenti