Logo

BDU tələbələri Şamaxı və Qubada çöl-tədris təcrübəsində - FOTO

26.05.2023 16:50 330 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbələri Şamaxı və Quba rayonlarında çöl-tədris təcrübəsində olublar.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Tələbələrə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasındakı teleskopların işləmə mexanizmləri izah edilib. Onlar Rəsədxanada astrofizika, qalaktikalar, “böyük partlayış”, “qara dəlik”, kosmosun çirklənməsi və s. mövzularda diskussiyalar aparıblar.

Tələbələrə Dağlıq Şirvan iqtisadi-coğrafi rayonuna daxil olan Şamaxıda torpaq-landşaft komplekslərinin rast gəlinən növ müxtəlifliyi, kənd təsərrüfatı, sənaye, istirahət-rekreasiya ehtiyatları və s. haqqında ətraflı məlumat verilib. Sonra Şamaxı rayonu ərazisində xarakterik yerdə torpaq kəsimi qoyulub. Torpaq kəsiminin morfogenetik təsviri qatlar üzrə izah olunub. Eyni zamanda torpaq kəsimi, genetik horizont, genetik qat, ana süxur, torpaq törəmələri və sair anlayışlar praktiki və əyani göstərilməklə tələbələrin diqqətinə çatdırılıb.

Qubada isə tələbələr landşaft örtüyü, çayların qidalanması rejimini qiymətləndirib, kadastr rayonları üzrə hündürlük qurşaqları boyunca torpaq tiplərinin, landşaft strukturu və meşə örtüyünün əvəzlənməsi prinsiplərinə yerində baxış keçiriblər. Quba rayonunun müxtəlif ərazilərində atmosfer havasında ozonun, ammonyakın, suda və torpaqda pH-ın miqdarı təyin edilib, həmçinin portativ dozimetr vasitəsi ilə radiasiyanın səviyyəsi ölçülüb.

Xəbər lenti