Logo

“İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib - FOTO

26.05.2023 17:30 236 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti