Logo

“Biliyini paylaş” layihəsinin iştirakçıları təltif olunub - FOTO

26.05.2023 19:20 190 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçıları mükafatlandırılıb.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Biliyini paylaş” layihəsinin keçirilməsində əsas məqsədin ümumi təhsil müəssisələrində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarət olduğunu söyləyib. O, məktəblərin müəllimləri arasında kommunikasiya və təcrübə mübadiləsinin təmin edilməsi, müəllimlərin bacarıqlarının təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin inkişafı baxımından bu cür layihələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

M.Vəliyeva təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən layihə və inkişafyönümlü pilot proqramlarında qazanılan uğurların yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaratdığını, belə layihələrin məktəblilərin də gələcək nailiyyətlərinə müsbət təsir göstərəcəyinə inandığını söyləyib.

İdarə müdiri “Biliyini paylaş” layihəsinin iştirakçılarını təbrik edib, onlara həyatlarında və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

“Layihənin iştirakçıları göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 59 mentor müəllim diplom və hədiyyə ilə, onların komanda üzvləri isə təşəkkürnamə ilə təltif olunublar.

Xəbər lenti