Logo

Almaniyanın AQAS təşkilatının direktor müavini AzTU-da olub - FOTO

26.05.2023 19:33 221 baxış
IMG

Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) direktor müavini Ronny Heintze Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Bu barədə "Tehsil.biz"ə Texniki Universitetdən məlumat verilib.

Bildirilib ki, qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.  

Görüş zamanı AzTU haqqında qonağa ətraflı məlumat verən rektor Vilayət Vəliyev beynəlxalq akkreditasiyanın ali təhsil müəssisələrinin tanınmasında, həmçinin tədris və tədqiqat xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilindəki rolundan danışıb.

Ronny Heintze təmsil etdiyi təşkilatın beynəlxalq akkreditasiya sahəsindəki fəaliyyəti barədə məlumat verib. Bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır.

Görüşdə AQAS tərəfindən AzTU-da bakalavriat və magistratura səviyyələri üzrə proqram akkreditasiyası sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.

Xəbər lenti