Logo

Botanika İnstitutunda Müstəqillik Günü qeyd olunub - FOTO

26.05.2023 20:29 193 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva bildirib ki, Müstəqillik Günü tariximizin ən mühüm hadisələrindən biridir. S.İbadullayeva Şərqdə yaranmış ilk demokratik respublikanın mövcud olduğu 23 aylıq müddət ərzində əldə edilmiş nailiyyətlərindən danışıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı mühüm tarixi qərarların imzalanması və dövlət quruculuğu istiqamətində digər mühüm addımların atılmasını diqqətə çatdırıb. Azərbaycanın dövlət müstəqilliyinin 30 il əvvəl bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirərək, müstəqilliyimizin qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Sonra digər əməkdaşlar çıxış edərək Azərbaycan xalqının milli müstəqilliyini qazanmasının tarixi əhəmiyyətindən söz açıblar.

Tədbirdə Müstəqillik Gününə həsr olunan videoçarx və Qadınlar Şurasının təşkilatçılığı ilə bitki materialllarından hazırlanan əl işlərindən ibarət sərgi nümayiş olunub.

Xəbər lenti