Logo

BDU-da Əməkdar jurnalist Səadət Məmmədova ilə görüş olub

26.05.2023 20:47 230 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Əməkdar jurnalist Səadət Məmmədovanın III kurs tələbələri ilə görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Səadət Məmmədova televiziya jurnalistikasında informasiya istehsalı, yayımı, xəbərin önəmi, peşəkar kadrlara verilən tələblərdən bəhs edib, müəllif verilişlərinin hazırlanması prosesi barədə təcrübələrini bölüşüb. Səadət Məmmədova uğurlu jurnalist olmağın sirləri, informasiya ilə işləməyin üsulları, jurnalistikanın cəmiyyətdə rolu və medianın əhəmiyyətindən danışıb.

İnteraktiv keçən görüşdə qonaq tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, Səadət Məmmədova Azərbaycan Mətbuat Şurasının sədr müavini, “Azad Azərbaycan” telekanalının prezidentinin informasiya yayımı üzrə müşaviridir. O, eyni zamanda kanalda “Ağdam və mən” verilişinin müəllifidir.

Xəbər lenti