Logo

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

26.05.2023 23:31 178 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Litvaya rəsmi səfərinə dair məlumat yer alıb.

Bundan əlavə, “Azərbaycanda bioloji müxtəlifliyin qorunması” mövzusunda konfrans və Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin təqdimatı, Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi münasibətilə keçirilən brifinq, AMEA-nın prezidenti İsa Həbibbəylinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri ilə görüşü, Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə elmi sessiya, “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər”, “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfranslar, “Müstəqillik tariximiz”, “Laçın sərhəd-buraxılış məntəqəsi sülh və təhlükəsizliyə xidmət edir”, “AMEA Folklor İnstitutu: aktual mövzular, yeni yanaşmalar”, “Albanlar Urartu dövründə” sərlövhəli məqalə, yeni nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

Xəbər lenti