Logo

ADNSU-nun tələbələri Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsi keçiblər

27.05.2023 09:33 220 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının rəhbərliyi ilə on yeddi tələbə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) müvafiq təhsil proqramına uyğun olaraq istehsalat təcrübəsi keçib.

Bu barədə "Tehsil.biz"ə YTP-dən məlumat verilib.

Bildirilib ki, tələbələrin Strateji Elmi Analitik Sınaq Mərkəzində nəzəri və təcrübi təcrübə keçməsi üçün lazımi şərait yaradılıb. Gələcəyin tədqiqatçıları əvvəlcə ümumi təhlükəsizlik tələbləri və qaydaları, giriş təlimatı və kimya laboratoriyasında fövqəladə vəziyyətdə işin dərhal dayandırılması və təhlükəsizlik tələblərinə tabe olma, bədbəxt hadisə zamanı ilkin yardımın göstərilməsi kimi qaydalarla tanış olublar.

Tələbələr şəffaf neft məhsulları, yağlar, sürtkülər, xüsusi mayelər və digər məhsullarla tanış olublar. Onlar kimyəvi analiz laboratoriyalarında aparılan işlər, analizlər, onların növləri və aparılma qaydaları barədə məlumatlandırılıblar. Tələbələr, həmçinin məhlulların hazırlanması və istifadəsi qaydalarına yiyələnib, turşuların növləri, kimyəvi xarakteristikası, istifadə qaydası və saxlanılması, həlledicilərin növləri və xüsusiyyətləri barədə nəzəri məlumat əldə ediblər.

Xəbər lenti