Logo

Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

27.05.2023 11:59 291 baxış
IMG

Məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının mayın 20-də keçirilmiş yarımfinal mərhələsinin nəticələri elan olunub.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, şagirdlər nəticələrini portal.edu.az saytı vasitəsilə şəxsi kabinetlərindən və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

Final turu iyunun 3-də təşkil olunacaq. Final turunun buraxılış vərəqələri yaxın günlərdə şəxsi kabinetlərə yüklənəcək.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Qeyd edək ki, fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə iştirak ediblər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunub.

Xəbər lenti