Logo

ADAU-da Müstəqillik Gününə həsr olunan tədbir keçirilib - FOTO

27.05.2023 12:48 238 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 28 – May Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

ADAU-dan "Tehsil.biz"ə verilən məlumata görə, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən İctimai fənlər kafedrasının müdiri Azad Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşd çıxış irilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. A. Bayramov 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qaldırıldığını xatırladıb. Həmçinin, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb.

Kafedranın müəllimi Şəfa Musayeva, Səbinə Əlizadə və Turanə Əsədova Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, dil, ədəbiyyat, səhiyyə və.s sahələrdə apardığı mühüm islahatlardan bəhs edərək, Cümhuriyyət tarixinin öyrənilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonda tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbər lenti