Logo

Tibb elmləri üzrə 17 dissertasiya işi müsbət qiymətləndirilib

27.05.2023 13:38 224 baxış
IMG

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, onlayn təşkil edilən iclasda AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik İradə Hüseynova gündəlikdəki məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda tibb üzrə 18 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları dosent Rasim Cəfərli tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 17 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 1 iş yenidən müzakirə üçün geri qaytarılıb.

İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Xəbər lenti