Logo

Rusiya Prezidenti azərbaycanlı alimi təltif edib

27.05.2023 15:57 220 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alimi təltif edib.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Serqo Orconikidze adına Rusiya Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiri Vaqif Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub. Prezident Vladimir Putinin bu barədə sərəncamı dərc edilib.

V.Kərimov geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının və Dağ Elmləri Akademiyasının akademikidir. Hazırda universitetin geologiya və karbohidrogen yataqlarının kəşfiyyatı kafedrasının müdiridir.

Xəbər lenti