Logo

MEK-də “Elmira Axundova – 70” adlı sərgi təşkil edilib - FOTO

27.05.2023 16:20 233 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, ictimai-siyasi xadim Elmira Axundovanın doğum günü münasibətilə kitab sərgisi təşkil edilib.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, sərgidə “Sabahımızı düşünərək”, “Əl-Fərahimin musiqişünaslıq görüşləri”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilən “Kreml beşilliyi”, “Qayıdış”, “Hakimiyyət yükü altında” tədqiqatları, rus və özbək dillərində “İlham Əliyev”, “Həmkarlarımla üz-üzə” kitabları nümayiş olunur.

Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.

Xəbər lenti