Logo

MDU-da Müstəqillik Günüə həsr olunan ədəbi-bədii tədbir keçirilib - FOTOLAR

27.05.2023 21:33 338 baxış
IMG

Mayın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” adlı ədəbi-bədii tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Əvvəlcə, Ümummilli Liderimizin və Vətənin azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev əlamətdar tarixi gün münasibətilə universitetin rektoru Şahin Bayramovun təbriklərini çatdırıb. Bildirib ki, 105 il əvvəl müsəlman Şərqində ilk demokratik dövlət olaraq yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da müstəqil dövlətçilik ənənələrinin və dəyərlərinin formalaşması baxımından bu dövr xalqımızın tarixinin şanlı səhifələrindən hesab edilir. Vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən və Cümhuriyyətin siyasi və mənəvi varisi olduğunu bəyan edən  Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində müstəqilliyini qoruyub saxlaya bilib və hazırda Prezident İlham Əiyevin müdrik rəhbərliyi ilə qüdrətli suveren dövlətə çevrilib. Ümummilli Liderimizin cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verdiyini diqqətə çatdıran V.Mustafayev “Heydər Əliyev İli” çərçivəsində universitetdə keçirilən hazırki tədbirin cümhuriyyət tarixinin və irsinin öyrənilməsi, onların gənc nəslə çatdırılması istiqamətində ölkəmizdə görülən işlərə töhfə məqsədi daşıdığını qeyd edib və tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

Sonra, MDU-nun Xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov “28 May Müstəqillik Günü tariximizin şanlı səhifəsidir”, MDU-da fəaliyyət göstərən Qazi Universitetinin alimi Sinan Toklu “Müstəqillik Azərbaycan xalqının əsas dəyəri, tarixi sərvətidir”, amerikalı mütəxəssis Con Banke “Müstəqillik Günü Azərbaycan türklərinin qürurudur” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, zəngin dövlətçilik ənənələrindən, müstəqillik, suverenlik, demokratik ideallar və prinsiplərdən bəhs olunub.

Sonra, Müstəqillik Gününə həsr olunan videoçarx izlənilib.

Maraqla qarşılanan məruzələrdən sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. MDU-nun müəllim və tələbələrinin təqdimatında vətənpərvərlik mövzusunda musiqilər və şeirlər səsləndirilib, milli rəqslər ifa olunub.

Ədəbi-bədii tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər keçirilir.

Xəbər lenti