Logo

“TİPx: Mingəçevir” konfransı keçirilib - FOTO

27.05.2023 22:45 174 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Mingəçevir Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Mingəçevir” konfransı keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, konfransda Mingəçevirdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan 200-dən çox tələbə, müəllim heyəti, rəsmi nümayəndələr və ekspertlər iştirak edib.

Konfransın spikerləri tərəfindən "İşini göstər deyim sən kimsən", "Gənclik dövrü seqmentasiyası", "Karyeramda mən nə istəyirəm?", "Biznes qurma sənəti" mövzusunda təqdimatlar edilib.

Daha sonra karyera planlaması, əmək bazarına uyğunlaşma, gələcəyin bacarıqları, biznes qurma yolları və digər mövzularda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti