Logo

Məktəblilər üçün interaktiv muzey həftəsi yekunlaşıb - FOTO

27.05.2023 23:39 423 baxış
IMG

Mayın 18-dən 25-dək keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “Muzeylər və “Heydər Əliyev İli” adlı interaktiv proqrama yekun vurulub.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən (RUGİM) məlumat verilib.

Bildirilib ki, proqram Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin əməkdaşlığı və RUGİM-in təşkilatçılığı ilə icra edilib.

Proqramın məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinin tədqiqi və təbliği, məktəblilərin Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumatlandırılması, onların Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylər, qoruqlar və Heydər Əliyev mərkəzlərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış olmasıdır.

Muzey həftəsi ərzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə, həmçinin ilk dəfə Azərbaycanın regionlarında olan Tarixi-Mədəniyyət qoruqlarından və Heydər Əliyev mərkəzlərindən ibarət 100 mədəniyyət müəssisəsinə ekskursiyalar təşkil olunub.

Ekskursiyalarda ümumilikdə 68 min nəfər iştirak edib.

Qeyd edək ki, ilk dəfə olaraq 2015-ci ildən etibarən RUGİM və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə “Məktəblilər üçün muzey həftəsi” proqramı ənənəvi şəkildə keçirilir və layihə əsasında yeni interaktiv təhsil proqramı yaradılıb.

Xəbər lenti