Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, vakant yerlər Sosialinqvistika və psixolinqvistika şöbəsi üzrə elmi işçi (1 yer), Azərbaycan dilinin tarixi, Sosialinqvistika və psixolinqvistika şöbələri üzrə aparıcı elmi işçi vəzifələridir (2 yer).
Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər bu gündən etibarən bir ay müddətində elmi katibliyə təqdim edilməlidir.