Logo

“Oğuznamə” kitabı işıq üzü görüb

28.05.2023 13:02 192 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ustad şair, tərcüməçi, pedaqoq və ictimai xadim Azər Buzovnalının “Oğuznamə” kitabı işıq üzü görüb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Kitabda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Azər Buzovnalının 1925-ci ildə geniş süjetli tarixi mövzuda qələmə aldığı soy-kökümüzdən, milli keçmişimizdən, Dədə Qorqud və Ozan-aşıq mədəniyyətinin bünövrəsi əsasında yaranan, Türkün və türklüyün yaranış və quruluş tarixindən bəhs edən böyük elmi-tarixi əhəmiyyətə malik “Oğuznamə” əsəri yer almışdır. Əsər əlyazma halında olduğundan o, ərəb əlifbasından transfoneliterasiya edilərək təqdim olunub.

Kitab tarixçilər, filoloqlar, folklorçu-etnoqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni nəşrin məsləhətçisi, elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, rəyçisi Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədova, tərtibçisi, kitabı ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayan institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır.

Xəbər lenti