Logo

Tələbələrin tarixçi və tədqiqatçı Fuad Axundovla görüşü olub - FOTO

28.05.2023 22:22 337 baxış
IMG

Bakı Ali Neft Məktəbində SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçıları ilə tarixçi və tədqiqatçı Fuad Axundovun görüşü keçirilib. 

Tehsil.biz xəbər verir ki, Fuad Axundov görüş iştirakçılarına Bakının zəngin və şanlı neft tarixi barədə geniş məlumat verib.

Görüşdə Musa Nağıyev, Şəmsi Əsədullayev, Hacı Zeynalabdin Tağıyev, Rotşildlər, Nobel qardaşları kimi neft baronlarının fəaliyyətinə toxunulub, neft bumu zamanı tikilmiş memarlıq abidələri barədə məlumatlar verilib. 

İnteraktiv müzakirə formatında keçirilən tədbir gənclər tərəfindən xüsusi maraqla qarşılanıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Gənc İstedadlar Proqramının iştirakçıları üçün SOCAR-ın dəstəyi ilə bu kimi təlim və seminarların gələcəkdə də təşkil olunacağı planlaşdırılır.

Xəbər lenti