İyunun 17-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tədris ilinin sonlarına həsr olunmuş, gənc müəllimlər arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin artırılması üçün “Gənc müəllimlərin 3-cü forumu” nu təşkil edəcək.
Assosiasiyadan "Tehsil.biz"ə verilən məlumata görə, forum 2 hissədən ibarət olacaq.
I hissəni rəsmi və bədii hissə təşkil edir. Bu hissədə dövlət rəsmiləri, qonaqlar və gənc müəllimlər iştirak edəcəklər. II hissədə isə müəllimlər 20-25 nəfərlik qruplara bölünərək 1.5 saatlıq vörkşoplara cəlb olunacaqlar. Hər qrupa bir qonaq spiker mentorluq edəcək.
Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən 300 müəllimin iştirakı nəzərdə tutulub.
Forumda 35 yaşdan aşağı olan gənc müəllimlər, AGMA platformasında ən azı bir neçə kursu uğurla bitirən gənc müəllimlər, AGMA-nın təsdiqlənmiş gənc üzvləri iştirak edə bilərlər.
İştirakı təsdiq olunmuş müəllimlərə 12 iyun 2023-cü il tarixində e-mail vasitəsilə məlumat göndəriləcək.
Son qeydiyyat tarixi 8 iyun 2023-cü ildir.