Logo

Hamının sevimlisi “Şrek” əslində

30.05.2023 23:21 783 baxış
IMG

Kiçikdən böyüyə hamının sevimlisi olan “Şrek”  cizgi filmi gerçək həyatdan götürülmüş bir insanın prototipidir.

Əslində, o, Mauris Tilletdir.Görünüşünə görə hamı ona lağ etsə də,o,həyatda özünə yol tapa bilir.Vahiməli görünüşə sahib olsa da, yumşaq ürəkli,sadiq dost olub. Məhz buna görə də ölümündən sonra məşur “Şrek” cizgi filmi ona həsr olunub. 1903-cü ildə Rusiyanın Çelyabinsk vilayətində Fransız bir ailədə dünyaya gəlib. Mauris atasını çox erkən  yaşda itirmişdi. Bir neçə il sonra isə Rusiyada baş verən oktyabr inqilabından sonra Fransaya qayıdırlar. Mauris burada universitetin hüquq fakültəsinə daxil olur.

Lakin onun sümükləri normadan artıq böyüməyə  başlamışdı,buna baxmayaraq təhsilini davam etdirdi,bir müddət sonra simasındakı güclü dəyişikliyə görə vəkillik karyerasını bitirir.Artıq Maurisi tanmaq mümkün deyildi,heç kim onunla ünsiyyət qurmurdu.Bir müddət sonra onu kinokomediyalara çəkilməyə dəvət edirlər,o,bir-iki komediya filminə çəkilir,amma bu filmlərdən sonra daha çox məsxərəyə qoyulduğunu başa düşür və ona görə digər təkliflərdən imtina edir.

Bir gün peşəkar güləş ustası Karl Podjello ilə tanış olur.O, Maurisə peşəkar güləşlə məşğul olmağı təklif edir. Mauris tezliklə azərkeşlərin sevimli güləşçisinə çevrilir. O, Avropanı, ABŞ-ı fəth edir. Ona görə də Maurisə heç bir maneəsiz ABŞ vətəndaşlığı verilir.ABŞ-da onu “Fransız mələyi” adlandırırlar. Fasiləsiz 19 ay heç bir döyüşdə məğlub olmur və “Məğlubedilməz” ləqəbi alır.20 illik güləş karyerası ərzində o xeyriyyə aksiyaları keçirir, kimsəsiz uşaqlara yardımlar edirdi.

Mauris öz məşqçisi Karlla həm də çox yaxın və yeganə dostu idi. 20 il bir yerdə çalışan dostlar eyni vaxtda vəfat edirlər. Karlda ağciyər xərçəngi aşkar edilir,Maurisin isə sümüklərindəki xəstəlik ağırlaşırdı. 1954-cü il 4 sentyabrda Karl Podjello dünyasını dəyişir.Bir saat sonra bu xəbəri eşidən 51 yaşlı Mauris ürək tutmasından vəfat edir.Dostları  eyni məzarda dəfn edirlər. Məzarlarının üzərində isə bu sözlər yazılıb: “Ölüm də  dostları ayırmaq iqtidarında deyil”.

Hazırda “Dreamworks” şirkəti Maurisin xatirəsini sərt görünsə də, yumşaq ürəkli “Şrek”in timsalında yaşadaraq balacadan-böyüyə  hər kəsin sevimlisinə çevirmişdir.

Abdurəhimova Səlimə

Xəbər lenti