Logo

Tədrisin digər dillərdə aparıldığı l siniflər üzrə müsahibəyə qeydiyyat yekunlaşır

31.05.2023 09:11 188 baxış
IMG

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesi yekunlaşır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müsahibələr iyunun 9-dək aparılacaq.

İyunun 20-də digər dillərdə tədris aparılan məktəblərin seçiminə başlanılacaq və proses sentyabrın 14-dək davam edəcək.

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə iyunun 27-si saat 18:00-dək həyata keçiriləcək.

Qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə sentyabrın 14-ü başa çatacaq.

Xəbər lenti