Logo

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Mədəniyyət Nazirliyində - FOTO

31.05.2023 09:35 204 baxış
IMG

Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb, o cümlədən Britaniya Şurasının (British Council) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihə və proqramların əhəmiyyəti qeyd olunub. 

Görüşdə Azərbaycanın mədəni irsinin qorunması və dünyaya təqdim edilməsində Böyük Britaniya ilə mədəni əməkdaşlığın əməhəmiyyəti qeyd edilərək, gələcəkdə musiqi, film sənayesi, muzey, heykəltaraşlıq, ədəbiyyat sahələrində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır. 

Söhbət zamanı işğaldan azad olunmuş torpaqlarda dağıdılmış mədəni infrastrukturun, eləcə də heykəltaraşlıq nümunələrinin bərpası ilə bağlı ekspertlərin cəlb edilməsi, yeni metodikaların tətbiqinin əhəmiyyəti müzakirə olunub.

Qeyd edək ki, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 2016-cı ildən bu yana Azərbaycana dəfələrlə səfər edib və bu səfərlər zamanı ikitərəfli mədəni əlaqələrə diqqət ayrılıb, Emma Nikolson Bakıdakı aparıcı mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub. Həmçinin xanım Emma Nikolsonun 2020-ci ilin Vətən müharibəsindən sonra ölkəmizə səfərləri əsnasında işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət, otuz ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən xalqımızın mədəni irsinə qarşı həyata keçirilən vandalizm aktları, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə aparılan geniş quruculuq işləri nəzərə çatdırılıb. 2022-ci ildə Emma Nikolson Milli İncəsənət Muzeyinin “Mədəniyyətimizin incisi Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” sərgilərini ziyarət edib. Bu günlərdə, 2023-cü il mayın 25-də isə Böyük Britaniyanın Baş nazirinin nümayəndəsi Londondakı dünyaca məşhur Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan incəsənəti gecəsində iştirak edib.

Xəbər lenti