Logo

Dicle Universitetinin əməkdaşları ADAU tələbələri üçün mühazirə oxuyub - FOTO

31.05.2023 10:55 196 baxış
IMG

Türkiyənin Dicle Universitetinin bir qrup əməkdaşı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Dicle Universitetinin Kənd təsərrüfatı fakültəsinin müəllimləri professor Selime Ölməz Bayhan və professor Erol Bayhan ADAU-nun professor-müəllim və tələbələri üçün bitki mühafizəsi sahəsində bir neçə mövzu üzrə mühazirə keçəcəklər.

İlk mühazirədə Erol Bayhan tərəfindən “torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə III kurs tələbələrinə faydalı həşəratlar haqqında məlumat verilib, onların sualları cavablandırıb.

Xəbər lenti