Logo

"Testlə müəllimin savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?"

31.05.2023 13:41 388 baxış
IMG

"Müəllim həm də pedaqoqdur və uşaqların tərbiyəsi ilə məşğul olur. Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?"

"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, müəllimlərin sertifikasiya ilə bağlı il tələbi məsələsi var, bu məsələ diqqət mərkəzində olmalıdır:

"Sertifikatlaşma ilə bağlı hansısa ədəbiyyat və test yoxdur. Abituriyentlər üçün jurnal buraxılır və abituriyent bilir ki, nə etmək lazımdır. Neçə ildir müəllimlərin sertifikatlaşdırılması gedir, ancaq onlar üçün hansısa material hələ də hazırlanmır. Deyirlər, 56-57 mərkəzimiz var, onlar gedib orada hazırlaşa bilər. Azərbaycanda müəllimlərin sayına baxın, görək, bu qədər mərkəz yetərlidirmi?”.

Xəbər lenti