Logo

"TikTok”un məsul nümayəndələri Mətbuat Şurasında olublar - FOTO

31.05.2023 13:59 360 baxış
IMG

Mayın 30-da “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin, “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub.

Bu barədə "Tehsil.biz"ə Şuradan məlumat verilib.

MŞ İdarə Heyətinin üzvləri Yadigar Məmmədlinin, Aqil Ələsgərin və Şuranın Katibliyinin əməkdaşlarının qatıldıqları görüşdə qonaqlar “TikTok”un Azərbaycan seqmentindəki istifadəçilərin sayının artan xətt üzrə getdiyini bildirdilər.

Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğuladılar. Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkdilər.

Ölkəmizin müxtəlif dövlət qurumları ilə işbirliyinin səmərəsindən söz açan qonaqlar, həmçinin, medianın, ayrı-ayrı jurnalistlərin “TikTok” üzərindən yayım həyata keçirmələri, paylaşılan kontentlərin keyfiyyəti məsələsinə toxundular.

MŞ İdarə Heyətinin üzvləri də çıxışlarında “TikTok”un ölkəmizdə populyarlaşdığını diqqətə çatdırdılar. Onlar qarşılıqlı əməkdaşlığın müxtəlif aspektlərinə toxundular.

Görüşdə jurnalist yaradıcılığının ictimai faydaları üzərində dayanılaraq, bu peşə daşıyıcılarının platformadakı aktivliklərinin cəmiyyətin yanlış yönləndirilməsi meyilləri ilə mübarizədəki rolundan söz açıldı. Mövcud xüsusda “TikTok” tərəfindən azərbaycanlı jurnalistlərə seminarların təşkili məsələsi üzərinə gəlindi. Bu ideya məqbul qiymətləndirildi və onun reallaşdırılması üçün işçi qaydada məsləhətləşmələrin aparılması qərara alındı.

Xəbər lenti