Göyçay şəhərində hər biri 55 yerlik 4 və 8 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib.
Tehsil.biz xəbər verir ki, körpələr evi-uşaq bağçalarında uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün hər cür şərait yaradılıb, məşğələ, yataq otaqları zəruri mebel və avadanlıqlarla təchiz olunub. Həmçinin bağçaların həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, ağaclar əkilib, işıqlandırma sistemləri quraşdırılıb.
Uşaq bağçası-körpələr evlərinin istifadəyə verildiyi gün buraya gələn valideynlər və işçilər Azərbaycanda bütün sahələrdə olduğu kimi uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.